Qarabağ qaziləri yeni bir açıqlama yaydı
Bizi izləyin

Qırmızı.az

Qarabağ qaziləri yeni bir açıqlama yaydı

Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri dünən axşam saatlarında Bərdə rayonun Alpoud kənd sakini, 2-c qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz oğlu özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb

Bərdə sakini özünü yandırmağa cəhd edib

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri dünən axşam saatlarında Bərdə rayonun Alpoud kənd sakini, 2-c qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz oğlu özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Qarabağ qazisi Zaur Həsənovun ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlilləri arasında yaranmış gərginlik davam edir. Yanvarın 27-də Yevlax rayonunda ümumi əlil Nizami Kərimov da ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandıraraq intihar edib. Dünən “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri vəziyyətlə bağlı həm dövlət orqanlarına, həm də cəmiyyət üçün ümumi müraciət yaydılar. Müraciətin ardınca Bərdə rayonun Alpoud kənd sakini, 2-c qrup Qarabağ qazisi Vəliyev Maarif Əvəz oğlu özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı məlumat təşkilatımız daxil oldu. Təəssüflər olsun ki, bizim müraciətlərimizə, apardığımız profilaktik tədbirlərə baxmayaraq, vəziyyət getdikcə gərginləşir. Hazırda onlarla bu vəziyyətdə-intihar etmək həddində olan Qarabağ qaziləri var. Biz bir daha dövlət orqanlarına müraciət edərək vəziyyətin stabilləşməsi, bu problemlərin sakit formada həlli üçün təcili hərəkətə keçməyə çağırırıq.

Bu insanların heç biri bu günə qədər dövlətimizə və dövlətçiliyimizə zərbə vuracaq heç bir addım atmayıblar. Ümid edirik ki, bundan da sonra atmayacaqlar. Dövlətimizin də bu qəbildən olan insanların həyat şəraitini yaxşılaşdırmaq, onların sosial problemlərinin həlli istiqamətində atdığı bütün tədbirləri yüksək qiymətləndiririk. Amma elə problemlər var ki, onların həlli üçün müvafiq dövlət strukturlarının təcili hərəkətə keçməsi lazımdır. Biz düşünürük ki, hər şeydən öncə təcili bu problemləri həlli ilə məşğul olacaq QHT və dövlət qurumlarının da daxil olduğu bir komissiya və ya işçi qrupunun yaranması zəruridir. Müvafiq dövlət qurumları ilə birgə bu işləri effektli şəkildə görmək mümkündür.

Ermənilərin Qarabağda vəziyyəti gərginləşdirməyə çalışdığı, bu səbəbdən hər gün əsgər və zabitlərimizin şəhid olduğu belə ağır məqamda bütün Qarabağ qazilərini bir qədər də səbirli olmağa, bu çətin gündə döyüşçü həmrəyliyi nümayiş etdirərək pis durumda olan əlillərin özlərinə qıymaması üçün əllərindən gələnləri etmələrini xahiş edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm