Qırmızı.az
İlisu Dövlət Qoruğu yanıb
Qaxda İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verən
güclü yanğın 150 hektar ərazini əhatə edib.
Yanğın səhər saatlarında başlasa da rayon Yanğından Mühafizə
Hissəsinə, axşam saat 21 radələrində məlumat verilib. Yanğın baş
verən əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsinin 3
yanğınsöndürən maşını və canlı qüvvəsi, cəlb olunub. Lakin yanğın
alovlanaraq daha böyük ərazini əhatə etdiyindən kömək üçün Şəki,
Zaqatala və Balakən rayonlarından əlavə qüvvə cəlb olunub.
Bir neçə saat davam edən yanğın gecə lokallaşdırılsa da yalnız
səhərə yaxın onu tam söndürmək mümkün olub. Yanğın nəticəsində
təxminən İlisu Dövlət Təbiət Qoruğuna daxil olan 150 ha ərazidə
biçilmiş taxıl sahələri və kol-kos yanıb.
Əraziyə cəlb olunan texnika və yanğınsöndürənlər alovun meşə
zolağına keçməsinin qarşısı ala bilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia