"Sədərək"də qəza: xəsarət alan var (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

"Sədərək"də qəza: xəsarət alan var (YENİLƏNİB)

14:23

Səhər saatlarında Sədərək Ticarət Mərkəzinin qarşısında baş vermiş qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə “MAN” markalı yük maşını toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

Avtomobildə sıxılıb qalan 2 nəfər sərnişin isə FHN-in xilasetmə qüvvələri tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb.

11:44

Səhər saatlarında Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yol qəzası baş verib. Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, “Mercedes” markalı minik maşını ilə “MAN” markalı maşının toqquşması nəticəsində ”Mercedes”in sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm