Qırmızı.az
Penitensiar Xidmətin 200-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaşı vəzifəsindən azad edilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi ziyanın
ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar
tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin
ödənilməsinə nail olunub.
Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində
əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, "Ədliyyə
sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində 4 cəzaçəkmə
müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni
istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah,
avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb.
Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin 197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə oranlarından xaric edildiyi bildirilib. /Trend/
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək