Ermənilərin xeyli muzdlu döyüşçüsü məhv edilib - CƏBHƏDƏN SON MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Ermənilərin xeyli muzdlu döyüşçüsü məhv edilib - CƏBHƏDƏN SON MƏLUMAT

“AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumata görə, yanvarın 19 və 20-də cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağa ermənilərin cəlb etdiyi xeyli sayda muzdlu döyüşçü zərərsizləşdirilib.

Əməliyyatllarda iştirak etmiş Azərbaycan Ordusunun zabitinin sözlərinə görə, Füzuli rayonunda Qorqan kəndi və Lələtəpə yüksəkliyində xeyli muzdlu məhv edilib. Onların arasında zəncilər, habelə Suriyadan gələnlərin olduğu güman edilir: “Mən onların dilini anlamadım. Böyük ehtimalla kürd dilində danışırdılar”.

“AzeriDefence”nin məsələ ilə bağlı sorğusunun cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblərə

“Son günlər qoşunların təmas xəttində baş verən hadisələrdə erməni kəşfiyyat-diversiya qruplarının tərkibində əməliyyatlarda iştirak edənlərin vətəndaşlığı bəlli olmasa da, müdafiənin ön xəttində yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyi bəəyan edib ki, Dağlıq Qarabağda ermənilər tərəfindən muzdlu döyüşçülərdən istifadə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin dəfələrlə üstünlüyü qarşısında heç bir əhəmiyyətə malik deyil və bu Ermənistanın yaşadığı demoqrafik fəlakət, çağırışçı çatışmazlığı və əhali arasında yaranmış ruh düşkünlüyünün nəticəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm