Ermənilər Əlibəylini qumbaraatanlardan atəşə tutur - Son dəqiqə- Yenilənib
Bizi izləyin

Qırmızı.az

Ermənilər Əlibəylini qumbaraatanlardan atəşə tutur - Son dəqiqə- Yenilənib

Əlibəyli kənd sakinlərinin Publika.az-ın bölgə müxbirinə verdikləri məlumata görə, hazırda Ermənistan ordusu atəşi intensivləşdiriblər. Hətta hazırda Əlibəyliyə iriçaplı silahlardan-qumbaraatanlardan atəşə tutur.

Ermənilər kənd sakini Murad Əliyevin evini hədəf götürüb. Bu evin qorunması üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti qoruyucu divar inşa etmişdi.

Əhali evlərindən çıxa bilmir. Ermənilər kəndi saat 18-00-dan etibarən atəşə tutur.

23-15

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Yerli sakinlərin "Musavat.com"a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən yenidən intensiv atəşə tutulub.

Sakinlərin sözlərinə görə, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur.

İtki barədə heç bir məlumat yoxdur.

Əlavə məlumat verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm