Oğul atalığı tərəfindən öldürüldü
Bizi izləyin

Qırmızı.az

Oğul atalığı tərəfindən öldürüldü

Xəzər rayonunda ata ögey oğlunu qətlə yetirib.

Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Atakişiyevin Publika.az-a verdiyi xəbərə görə, hadisə Buzovna qəsəbəsi, Aydın Xəlilov küçəsi 2, ev 7 ünvanında baş verib. 45 yaşlı Ağaməmməd Hüseynov oğulluğu, 33 yaşlı Samir Həsənovu bıçaqlayaraq qətlə yetirib. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Qətli törədən A.Hüseynov saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm