Ustalar müştərinin evini qarət etdilər
Bizi izləyin

Qırmızı.az

Ustalar müştərinin evini qarət etdilər

Bakıda mənzildən pul, məişət əşyaları və tikinti materialları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini Hünər Ələkbərov mənzilindən oğurluq edilməsi barədə polisə müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Abşeron rayon sakini Niyaməddin Həsənov və Bakı şəhər sakini Cəlil Babayev tutulub.

İstintaqa cəlb olunan Niyaməddin Həsənov və Cəlil Babayev ifadələrində bildirib ki, onlar həmin evdə usta işləyirlər. Evdə 3000 manatın olması barədə xəbər tutub, pulu və bahalı məişət əşyalarını oğurlayıblar.Tikinti materiallarını isə evdə heç kimin olmamasından istifadə edərək gecə saatlarında maşınlara yığıb aparıb satlblar.

Onlar barəsində Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm