Fazil Mustafa: "Məktəblərdə hərbi dərslər bərpa edilsin"
Bizi izləyin

Qırmızı.az

Fazil Mustafa: "Məktəblərdə hərbi dərslər bərpa edilsin"

"8 hərbçimizin şəhid olması hamımızı üzdü. Allah rəhmət etsin! Bu rəqəm böyükdür və düşündürücüdür. Əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etmək zəruridir".

Bunu Publika.az-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ötən gecə cəbhə xəttində baş vermiş olaya münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, uşaqlarda hərbi vərdişlərin, ibtidai bazanın olması zərurətini yaradır.

Onun fikrincə, Azərbaycanda atıcılıq kurslarının təşkil olunması zəruridir.

"Çünki ayrı-ayrı mülki şəxslər müəyyən dərəcədə silahla davranış qaydalarını bilməlidilər. Müharibə aparan dövlətiksə, gələcəkdə ciddi problemlərlə qarşı-qarşıya qala bilərik. Ona görə də, ən azından belə bir potensialımızın olması vacibdir. Yəni bütün bunlar müəyyən dərəcədə silahla davranış vərdişinin aşağı səviyyədə olmasının göstəricisidir. Çünki düşmən hücumu zamanı təcrübəsiz əsgər, silahla davranışı bilməyən əsgər daha çox çaşqınlıq keçirir. Bu baxımdan da mən çox üzüldüm. Müdafiə olunan bir situasiyada bu qədər itki vermək xoşagələn hal deyil və düşündürücü bir məsələdir", F. Mustafa deyib,

Onun sözlərinə görə, erməni saytlarının “Azərbaycan tərəfi hücuma keçib” kimi başlıqlar verməsi, xəbərlər yayması da təxribatdan başqa bir şey deyil.

"Bu Ermənistan tərəfin növbəti təxribatının tərkib hissəsidir. Çünki həmişə atəşkəsi pozan erməni tərəf olub, hay- həşir qoparan da”.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm