5 saat döyüş getdi
Bizi izləyin

Qırmızı.az

5 saat döyüş getdi

Gecə 5 saat - saat 01:00-dan səhər saat 06:00 qədər döyüş getdi”.

Bunu Teleqraf.com-a açıqlamasında Tərtər rayonu, Qapanlı kəndinin bələdiyyə sədri Lətif Həmidov deyib. Bələdiyyə sədrinin sözlərinə görə, bu kənd istiqamətində Azərbaycan ordusu iki şəhid verib.

“İri çaplı silahlardan atəş açırdılar. Qapanlı kəndi istiqamətində iki şəhidimiz oldu. Poladov Vüqar və İbrahimov Elnur bizim kənd istiqamətində baş verən atışma nəticəsində şəhid olublar.Tərtər rayonunun digər istiqamətlərində də atışma olub. Orada baş verənlərdən tam dəqiqliyi ilə məlumatımız yoxdur. Səhər aldığımız məlumat belə idi ki, Tərtər məscidinə 8 nəfər şəhid gətirmişdilər”.

L.Həmidov qeyd edib ki, hazırda kənddə nisbi sakitçilikdir.

“Gecə işıqlar tamamilə söndürülmüşdü və heç kim evindən çıxmadı. Mülki şəxslərdən ölən və yaralanan yoxdu. İndi digər günlərdəki kimi həyat davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm