Bilik Fondu fəaliyyətə başladı – FOTO
Bizi izləyin

Qırmızı.az

Bilik Fondu fəaliyyətə başladı – FOTO

Fondun əsas məqsədi Azərbaycan əhalisini maarifləndirməkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.

Fondun mətbuat katibi Ceyhun Musaoğlunun Publika.az-a verdiyi açıqlamaya görə, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.

Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib.

Bilik Fondunun əsəs məqsədi əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bunun üçün təbliğat xarakterli tədbirlər həyata keçiriləcək, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərləri təbliğ olunacaq, şəxsin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə tədbirlər həyata keçiriləcək. Həmçinin onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq. Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil ediləcək, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılacaq, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılacaq,

Xatırladaq ki, Bilik Fondu İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmanla yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oqtay Səmədov prezidentin digər sərəncamı ilə Fondun icraçı direktoru təyin edilib.

Prezident Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm