Quldurluq edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Quldurluq edən tutuldu

Nəsimi rayonu ərazisində silsilə quldurluq cinayəti törədən şəxs saxlanılıb.

Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Adil Sultanov artıq istintaqa təhvil verilib.

O, rayon ərazisində zərərçəkən İlqar Vəliyevə bıçaqla hədə-qorxu gələrək onun 100 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Adil Sultanovun ərtafında növbəti əməliyyat tədbirləri keçirilib və onun digər cinayətlərinin də üstü açılıb.

Müəyyən olunub ki, o, dostu Fərid adlı şəxslə əlbir olub paytaxt sakinləri Rasim Şirinov, İsgəndər Göyüşov və Eldəniz Əsgərova bıçaq və ya döymə üsulu ilə hədə qorxu gəlib, pul və mobil tələb ediblər.

Cinayətdə iştirak edən Fərid adlı şəxsin axtarışlarına başlanılıb.

Onların digər cinayətlərdə iştirakı araşdırılır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm