Məşhur azərbaycanlı futbolçu evində ölü tapıldı
Bizi izləyin

Qırmızı.az

Məşhur azərbaycanlı futbolçu evində ölü tapıldı

Məşhur futbolçu Ələkbər Məmmədovun meyiti yaşadığı evdə tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ə.Məmmədovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Ələkbər Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1962), Moskvanın "Dinamo" (1954-1959) komandalarında oynamışdır. SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, 56 qol vurmuşdur. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olmuşdur.

Beynəlxalq oyunlarda iştirak etmişdir. SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirmişdir. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. Bakının “Neftyanik” komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olmuş, Bakının ali təhsil müəssisələrində işləmişdir.

O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülmüşdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm