Sabah çovğun olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah çovğun olacaq

Sabah çovğun olacaq

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Bu barədə Publika.Az-a kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilir.

Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Sabah bölgələrdə də arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.


Yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 01 və 02-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm