İsveçrə ilə Azərbaycan arasında viza rejimi ləğv oluna bilər
Bizi izləyin

Qırmızı.az

İsveçrə ilə Azərbaycan arasında viza rejimi ləğv oluna bilər

İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər.

"Trend"-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə dünən Bakıda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq".

M.Məmmədquliyev bildirib ki, bu proses başa çatdıqdan sonra diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq: "Gələcəkdə isə ümumiyyətlə vizaların aradan qaldırılması məsələsi üzrə də razılığa gələ bilərik".

Nazir müavini əlavə edib ki, hazırda 240 azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsil alır: "Onların da 70-i dövlət proqramı çərçivəsində təhsil alır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm