Bakıda qadın öldürən tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda qadın öldürən tutuldu

Xətai rayonunda qadını yaşadığı mənzildə qətlə yetirən şəxs tutulub.

Xətai Rayon Prokurorluğundan Publika.az-a verilən xəbərə görə, Gəncə prospekti 36, mənzil 10 ünvanında 47 yaşlı Gülnarə Məmmədovanı bıçaqlanaraq qətlə yetirən Bakı şəhər sakini, 55 yaşlı Eyvaz İbrahimov 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində istintaqa təqdim olunub.

Hazırda onun ifadəsi alınır və hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, ötən gün 47 yaşlı Gülnarə Məmmədovanın meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm