Müdafiə Nazirliyi: “Ermənilər meyitlərini sürüyə-sürüyə çıxarır”
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi: “Ermənilər meyitlərini sürüyə-sürüyə çıxarır”

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, həm Azərbaycan-Ermənistan sərhədi boyu, həm də, ümumiyyətlə, qoşunların təmas xəttində Silahlı Qüvvələrimiz vəziyyətə tam nəzarət edir. Azərbaycan tərəfindən hər hansı geriləmə yoxdur.

Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, itkilərimizə baxmayaraq, yenə Silahlı Qüvvələrimizin əsgər, gizir və zabitlərinin qəhrəmanlığı nəticəsində düşmənin müxtəlif istiqamətlərdə hərəkətinin, basqınlarının qarşısı alınıb: "Düşmən tərəfindən itkilər var. Sadəcə, düşmən itkilərini gizlədir və onları tək-tək təqdim edir. Bizim hərbçilərimizin fərdi qəhrəmanlığı və şücaəti nəticəsində düşmənin hər bir hərəkətinin qarşısı alınır. Bu dəqiqələrdə Hərbi Hava Qüvvələrimiz planlı şəkildə cəbhə boyu uşuşlar həyata keçirir. Hal hazırda müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhədəki vəziyyəti tam nəzarətdə saxlayır və müvafiq göstərişlər verir. Bu göstərişlərin nəticəsində düşmənin atəş nöqtələri susdurulur. Elə hal olub ki, bizim hərbçilərimiz pulemyotla ermənilərin qumbaraatanlarının mövqelərini susdurub. Yaralı gizir axıra kimi döyüşərək düşmənin avtomatla silahlanmış bir neçə əsgərini məhv edib. Ermənilər meyitlərini sürüyə-sürüyə daşıyırlar. Ermənilərin itkiləri var, çoxdur, hətta xeyli çoxdur. Lakin biz onların dəqiq statistikasını bilmirik".

O həmçinin qeyd edib ki, hazırda Azərbaycan Ordusunun yaralanmış hərbçilərinə yerli hospitallarda ilkin tibbi yardım göstərilib, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün sanitar-helikopter vasitəsilə Bakıya təxliyə olunur. Onlar Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına gətirilirlər. Yaralıların vəziyyəti barədə ictimiayyətə mütəmadi məlumat veriləcək.

Sonda mətbuat xidmətinin rəhbəri yerli KİV-ə müraciət edərək, onları əldə edilən hər hansı məlumatı Müdafiə Nazirliyi ilə dəqiqləşdirmələrini xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm