Qırmızı.az
Düşmənə qarşı ən müasir silah və texnikalardan istifadə olunur və olunacaq
Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən istiqamətdə hərəkətlərinin qarşısını almaq üçün sərəncamında olan istənilən silah və sursatdan istifadə etməyə hazırdır.
Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı kütləvi informasiya vasitələrində Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun ermənilərin hərbi mövqelərini artilleriya silahlarından, qumbaraatan, minaatan, zenit qurğuları və digər iriçaplı silahlardan atəşə tutduğu və bunun nəticəsində Ermənistan tərəfinin böyük itkilər verdiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq".
O həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar.
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU