Leyla Yunusun qızı erməni xislətini göstərdi
Bizi izləyin

Qırmızı.az

Leyla Yunusun qızı erməni xislətini göstərdi

Dinara Yunusovanın Vkontakte sosial şəbəkəsində yazdığı fikirlərini erməni dostları da dəstəkləyib
Artıq bir-neçə gündür ki, cəbhə bölgəsində yaşanan gərginlik Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə geniş müzakirələr aparılan bir vaxt hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinara Yunusova Vkontakte sosial şəbəkəsində Azərbaycan əleyhinə nifrətini püskürüb.

Daha çox rus və erməni millətindən olan internet istifadəçilərlə dostluq edən Dinara Yunusova ötən gün cəbhədə şəhid olmuş Azərbaycan əsgərləri barədə fikirlərini paylaşıb: “Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir.”

Qeyd edək ki, Dinara Yunusovanın bu fikirləri onun erməni və rus dostları tərəfindən bəyənilmiş və hamılıqla erməni ordusunun “şücaət”indən danışırmışlar.

mediapost.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm