Daha iki şəhidimiz Biləsuvarda dəfn olundu
Bizi izləyin

Qırmızı.az

Daha iki şəhidimiz Biləsuvarda dəfn olundu

Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər - 27 yaşlı Rahil Əfsər oğlu Hüseynov və həmkəndlisi, 34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn edilib.

Trend CTV-yə istinadən məlumat verir ki, dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin qohumları, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Üçrəngli bayrağımıza bürünmüş hər iki şəhidin nəşi evlərinə, oradan isə kənd qəbiristanlığına aparılıb, ruhlarına dualar oxunub. Yaylım atəşindən sonra şəhidlər torpağa tapşırılıb.

Qeyd edək ki, R.Hüseynov nişanlı, digər hərbçi P.Əliyev isə ailəli olub, iki övladı var.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm