Misirdə çəkilmiş fotonu Azərbaycan hərbçilərinə aid edənlər ...
Bizi izləyin

Qırmızı.az

Misirdə çəkilmiş fotonu Azərbaycan hərbçilərinə aid edənlər ...

Sosial şəbəkələrdə bir foto dolaşır. Fotoda kəfənlənmiş meyitlər görünür. Son vaxtlar belə fotolar çox görürük - Suriyadan, Misirdən, Qəzzadan… Bu fotoya xususi toxunmağımız təsadüfi deyil.

Belə ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən və 12 şəhid verməyimizdən ruhlanan iç düşmənlər bu fotodan Azərbaycanda qorxu və vahimə yaratmaq üçün istifadə etməyə çalışırlar. Guya, foto cəbhə bölgəsindəki rayonlardan birində çəkilib, kəfənlənmiş nəşlər isə şəhidlmərimizə aiddir. Artıq iki gündür ki, Tərtər məscidinə 40-dan artıq şəhid cənazəsinin gətirildiyi barədə yalan məlumatlar yayılırdı. Görünür, bu yalanın yayılmasında maraqlı olan qüvvələr yalanlarını həqiqət kimi qələmə vermək üçün növbəti saxtakarlığa imza atmağa qərar veriblər.

Əslində, foto Misirdə çəkilib. Özü də bir il əvvəl. Hətta, Fransa 24-ün ərəb redaksiyası fotonun çəkildiyi yerin videogörüntülərini də yayıb (http://www.france24.com/ar/20130815-2013-08-15-2011-wb-ar-debat).

Bu fotonun Azərbaycanda çəkilmiş kimi qələmə verilməsi yalnız təəssüf doğurur. /musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm