Ağdam və Tərtərdə də atışma başladı- Son Dəqiqə
Bizi izləyin

Qırmızı.az

Ağdam və Tərtərdə də atışma başladı- Son Dəqiqə

Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətində yenidən kəndləri atəşə tutmağa başlayıb.

Publika.az- ın bölgədə olan müxbirlərinin verdiyi xəbərə görə, getdikcə atəş intensivləşir. Xüsusi ilə Ağdam istiqamətində düşmən ordusu iriçaplı silahlardan istifadə edir.

Kənd sakinlərinin müxbirimizə verdiyi məlumata görə, gecə saat 12-dən sonra atəş daha da intensivləşir.

Cəbhə bölgəsində yerləşən kəndlərin sakinləri evlərini tərk etməyəcəklərini deyirlər. Onlar bəzi mətbuat orqanlarında əhalinin kəndləri tərk etməsi xəbərini pisləyərək,hamının öz yerində olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm