82 nəfər torpaq sürüşməsinin qurbanı oldu
Bizi izləyin

Qırmızı.az

82 nəfər torpaq sürüşməsinin qurbanı oldu

Hindistanın Maxaraştra ştatında 30 iyul tarixində baş verən torpaq sürüşməsi nəticəsində 82 nəfər dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, yerli qüvvələr bildirir ki, bundan əlavə onlarla insan torpaq altında qala bilər.

"Dağdan hər şey yerə gəlirdi", yerli rəsmi deyib.

Daha əvvəl 37 nəfərin cəsədi çıxarılsa da hələ ki, 150 nəfərin taleyi bəlli deyil. Sürüşmə Malin kəndi sakinləri üçün faciə olub. 40 evin sürüşməsi sübhdən baş verib. Dağətəyində yerləşən bu kənd dağdan qopan ağaclar və daşlar altında qalıb. Hazırda dağıntılar arasında axtarışlar davam edir.

Qeyd edək ki, güclü yağışlardan sonra sürüşmələr Hindistanda yay ayları üçün xarakterikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm