Gənc alimlər Bakıda bir araya gələcək
Bizi izləyin

Qırmızı.az

Gənc alimlər Bakıda bir araya gələcək

Bu il oktyabrın 15-16-da Bakıda Neftçilər Gününə həsr olunan “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin birinci beynəlxalq elmi konfransı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasından bildiriblər ki, AMEA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, Şuranın təşkilatçılığı ilə keçiriləcək tədbirdə 50-dən çox ölkədən gənc alimlərin iştirakı gözlənilir.

Konfrans çərçivəsində çıxışlar texnika, Yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılıb. Təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə üstünlük verəcək. /AzərTAc/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm