İki "Mercedes" toqquşdu
Bizi izləyin

Qırmızı.az

İki "Mercedes" toqquşdu

İki "Mercedes"in toqquşması nəticəsində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin, digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm