Mənzilində huşsuz vəziyyətdə tapıldı
Bizi izləyin

Qırmızı.az

Mənzilində huşsuz vəziyyətdə tapıldı

Bakıda vətəndaş mənzilində huşsuz vəziyyətdə tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədəki dəmir barmaqlıqları kəsərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaşı huşsuz vəziyyətdə aşkar edilmiş və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilərək xilas olunması təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm