Şeyxülislam Allahşükür Paşazadədən göstəriş
Bizi izləyin

Qırmızı.az

Şeyxülislam Allahşükür Paşazadədən göstəriş

Bu gün məscidlərdə şəhidlərimiz üçün dualar ediləcək.

QMİ-nin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə bu gün paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Vətən torpağı uğrunda şəhid olmuş Azərbaycan ordusunun əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir. Allah Vətənimizi hifz etsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm