Qırmızı.az
Göyçayda ağır qəza: 1 ölü, 5 yaralı
Göyçayda iki minik maşını toqquşub, bir nəfər ölüb, 5
nəfər ağır xəsarət alıb.
ANS PRESS-in məlumatına görə, Göyçay rayonunda bir nəfərin ölümü, 5
nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası
baş verib.
Hadisə avqustun 3-də saat 18:00 radələrində Göyçay-Bəydövül yolunun
20-ci km-liyində, rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
Mırtı kənd sakini, 1976-cı il təvəllüdlü Fərhad Aslanovun idarə
etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn, Şəkər
kənd sakini, 1967-ci il təvəllüdlü Azad Şirinova məxsus “NAZ Lifan”
markalı maşınla toqquşub.
Hadisə nəticəsində ”VAZ 21011” markalı avtomobilin sürücüsü Fərhad
Aslanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını
dəyişib, onun 11 yaşlı oğlu Yanvar Aslanov, eləcə də “NAZ Lifan”ın
sürücüsü Azad Şirinov və sərnişinləri – Göyçay rayonunun Veysəlli
kənd sakini, 2004-cü il təvəllüdlü Hacıyev Nicat Əliş oğlu və Şəkər
kənd sakinləri, 1972-ci il təvəllüdlü Şirinova Şəfaqət Fazil qızı
və 2000-ci il təvəllüdlü Qasımov Məhəmməd Hakim oğlu müxtəlif bədən
xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına
yerləşdiriliblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən cinayət işi
açılıb, araşdırma aparılır.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ