Nobel prospektində qəza
Bizi izləyin

Qırmızı.az

Nobel prospektində qəza

Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Nobel prospektində qeydə alınıb.

Qəza zamanı “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hadisə yerinə Xətai rayon dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma nəticəsində məluma olub ki, qəza “Hyundai” sürücüsünün səhlənkarlığı səbəbindən baş verib. O yüksək sürətlə qarşı yola çıxıb və bu zaman “Volkswagen” markalı avtomaşınla toqquşub. Nəticədə “Volkswagen”i idarə edən Rufulla Əzimov baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə təcili yardım çağırılıb və yaralıya tibbi yardım göstərilib. Qəzadan sonra “Hyundai”nin sürücüsü isə hadisə yerini tərk edib.

Qəza zamanı Nobel prospektində bir müddət sıxlıq da yaranıb. Avtomobillər evakutarorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb və yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

Qəzanın səbəblərinə isə təyin ediləcək ekspertizaların verəcəyi yekun rəydən sonra aydınlıq gətriləcək. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm