İki "VAZ" yandı
Bizi izləyin

Qırmızı.az

İki "VAZ" yandı

Oğuz rayonu, Baş Daşağıl kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol-qəzasına uğrayıb.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda da vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oğuz rayonu, Kərimli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağında ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m (hər mərtəbəsi 170 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 260 kv.m sahədə yanıb. Evin qaıan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm