İldırım meşədə yanğına səbəb oldu
Bizi izləyin

Qırmızı.az

İldırım meşədə yanğına səbəb oldu

Avqustun 3-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilkin ehtimala əsasən yanğın ildırım nəticəsində baş verib. Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb.

Yanğın 0,07 hektar ərazini əhatə edib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, ötən gün saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib.

Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm