Oğurluğa gedənlər ev sahibəsini öldürdü
Bizi izləyin

Qırmızı.az

Oğurluğa gedənlər ev sahibəsini öldürdü

Ağstafa rayonunda silsilə cinayətlər törədən bir qrup şəxs tutulub.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları müəyyən edib ki, Orxan Muxtarov, Ələkbər Babayev və Feyruz Kərimov mayın 31-də oğurluq məqsədi ilə Ağstafa rayon Köçəsgər kənd sakini Savat Mahmudovanın evinə daxil olublar. Lakin qadın onları tanıdığından S.Mahmudovanı boğaraq qətlə yetiriblər, sonra da mənzildən qızıl-zinyət və digər qiymətli əşyalar aparıblar.

Ağstafa Rayon Polis Şöbəsinin “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri zamanı onların rayonun digər kəndlərindən də oğurluq etdikləri üzə çıxıb.

Saxlanılan Orxan Muxtarov, Ələkbər Babayev və Feyruz Kərimov zərərçəkən Abutel İsgəndərovanın da evindən 2500 manat pul və xeyli qızıl əşyalar oğurlayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm