Bakıda ödəniş terminalları oğurlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda ödəniş terminalları oğurlandı

Paytaxtda mağazaları və mənzilləri qarət edən dəstə saxlanılıb. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, cinayətdə təqsirli bilinən Bakı şəhər sakini Ziya Əliyev, Şamaxı rayon sakinləri Turab Səfərov və Vüqar Həbibov tutularaq istintaqa cəlb ediliblər.

Onlar zərərçəkənlər İsrafil Əsgərov, Rüstəm Salahov, Fateh Süleymanov və Zaməddin Göyüşova məxsus müxtəlif mağazalardan “E-Manat” və “Milli ön” ödəniş terminalı oğurlayblar.

Oğurluğu gecə saatlarında həyata keçirən dəstənin əməlləri bununla bitməyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları müəyyən edib ki, onlar Ofelya Qocayeva, Mehriban Əsgərova, Ramin Həsənovun mənzilindən xeyli pul, qızıl-zinyət əşyaları və noutbuk da oğurlayıblar.

Dəstə üzvlərindən Vüqar Həbibov əvvəllər də məhkum olunub. Faktla bağlı araşdırmalara başlanılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm