Qırmızı.az
Həsən Həsənovun meyitinin qaytarılması üçün Şeyxə müraciət edildi
“Həsənin meyitinin geri qaytarılması üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət etmişik”.
Bu barədə Modern.az saytına cəhbə xəttini keçənlərdən biri - Həsən
Həsənovun qardaşı Nail Həsənov məlumat verib.
“Ötən həftə şeyxə müraciət məktubu yazdıq. İnanırıq ki, qardaşımın
meyitinin geri qaytarılması üçün bizə kömək göstəriləcək”.
N.Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı
nümayəndəliyinə yeni bir məlumat almaq üçün gedəcəyini
açıqlayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə
Modern.az-a açıqlamasında bildirib ki, girovlarla bağlı hər hansı
yeni məlumat yoxdur.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər
rayonunda iki Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər
Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş 3-cü şəxs –
Həsən Həsənov isə girov düşərək öldürülüb və Dağlıq Qarabağda
ermənilər tərəfindən BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn
olunub. Onun meyitinin geri qaytarılması üçün dialoqlar davam
etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...