4 yaşlı uşaq cinsi təcavüzə məruz qaldı
Bizi izləyin

Qırmızı.az

4 yaşlı uşaq cinsi təcavüzə məruz qaldı

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Türkiyənin Malatya ərazisində baş verib.

İddiaya görə, 17 yaşlı F.Ç.(ad gizli saxlanılır) ailənin toyda olmasından istifadə edərək, 4 yaşlı uşağı zorlayıb. İ.K. (ad gizli saxlanır) küçədə huşsuz vəziyyətdə sakinlər tərəfindən aşkar edilib. Tibbi ekspertiza uşağın cinsi təcavüzə məruz qaldığını təsdiqləyib. Polis faktla bağlı araşdırmalara başlayıb. Hadisəni törətməkdə şübhəli bilinən F.Ç. tutulub.

Hadisədən dərhal sonra məhəllə sakinləri F.Ç.-nin ailəsinin yaşadığı evə hücum edərək mənzili daşlayıblar. Yenidən əraziyə polis əməkdaşları cəlb olunub. F.Ç-nin ailəsi nəzarət altında saxlanılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm