İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.


Məktubda qeyd edilir: "Hörmətli cənab Sədr, Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm