Yaralı məktəbli qızdan xəbər var - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yaralı məktəbli qızdan xəbər var - FOTOLAR

Gədəbəy rayonunun düşmənlə sərhəd olan Şınıx bölgəsində yerləşən Göyəmli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. Rayon mərkəzi xəstəxanasının həkimləri yaralını əməliyyat ediblər. Həkimlər məktəbli qızın vəziyyətinin kafi olduğunu bildirirlər.

Xatırladaq ki, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində gəzərkən düşmən gülləsinə tuş gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm