"Şəhidlərin valideynləri qarşısında baş əyirəm!"
Bizi izləyin

Qırmızı.az

"Şəhidlərin valideynləri qarşısında baş əyirəm!"

"Onlar Azərbaycan xalqının qəlbində daim yaşayacaq"

Teleqraf.com son günlər cəbhə xəttindən baş verən gərginliklə bağlı Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun münasibətini öyrənib. B.Səfərov hazırda Bakıda olduğunu və cəbhədəki vəziyyəti yaxından izlədiyini bildirib.

"Cəbhədə baş verənlərə münasibətim necə olacaq? Çox pis. Hər bir Azərbaycan vətəndaşı, azərbaycanlı kimi mən də cəbhədə Azərbaycan hərbçilərinin şəhid olmasına görə üzülürəm. Ermənilərə isə lənət oxuyuram. Ayrı nə münasibətim ola bilər?"- deyə B.Səfərov qeyd edib.

"Şəhidlərimizdən hansınınsa dəfnində iştirak etmisiniz?" sualına cavab olaraq B.Səfərov " Yox, olmamışam. Mən Bakıda yaşayıram. Bakıda dəfn edilən olmayıb deyə mən də iştirak edə bilməmişəm. Mən istədiyim vaxt rayona gedə bilmirəm axı. Özbaşınayam məgər?"- bildirib.

"Qarabağın Azərbaycanlı İcmasının rəhbəri olaraq şəhidlərin dəfn mərasimlərində iştirak etməyinizə nə mane olur?" sualını isə B.Səfərov belə cavablandırdı: "İmkan olmadı, mən də getmədim. Mən də Azərbaycan övladıyam. Şəhid olanlar qardaşlarım, balalarımdır. Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımız işğal altında qaldıqca, onların qanı yerdə qalmış sayılacaq. Torpaqlarımız uğurunda şəhid olanlar Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onların ailələrinə başsağlığı verirəm, valideynləri qarşısında baş əyirəm, Allahdan rəhmət diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm