Yol qəzasında 4 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Yol qəzasında 4 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən bir gün ərzində 44 cinayət faktı qeydə alınıb ki, onların da 17-si “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarılan bir nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Eyni zamanda respublikanin avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

ANS TV-nin məlumatına görə, paytaxtın Nəsimi rayonunda sürücünün avtomaşına nəzarəti itirməsi sonda zəncirvari qəzaya səbəb olub.

Yusif Vəzir Çəmənzəminli kuçəsilə, Azadlıq prospektinin kəsişməsində qeydə alınan hadisə zamanı “Mercedes” markalı minik avtomobilin sürücüsü Azadlıq prospekti istiqamətinə dönmə əməliyyatı yerinə yetirərkən idarəetməni itirib. Nəticədə “Mercedes” yol kənarında dayanan “Mitsubishi” və “Cevrolet” markalı minik maşınına çırpılıb.

Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi hadisənın xəsarətsiz ötüşməsidir. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları qəzanın səbəblərini araşdırıb.

Hadisəyə səbəb kimi ilkin olaraq yüksək sürət göstərilsə də tam dəqiq səbəbləri isə təyin ediləcək avtotexniki eksperizanın verəcəyi rəyindən sonra aydınlıq gətirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm