Deputat oğlunun bahalı maşını toz içində unudulub - Foto
Bizi izləyin

Qırmızı.az

Deputat oğlunun bahalı maşını toz içində unudulub - Foto

Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10 LZ 100 dövlət nömrə nişanlı qalmaqallı “Nissan Skyline GT-R35“ avtomobil iki aydan çoxdur ki, cərimə meydançasında toz-torpaq içərisində qalıb.

Publika.az xəbər verir ki, məlum qalmaqaldan iki ay keçsə də, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Badamdar qəsəbəsində yerləşən cərimə meydançasında saxlanılan avtomobillə heç kim maraqlanmır.

Qeyd edək ki, cərimə meydançasında çalışan bir işçinin əməkdaşımıza verdiyi məlumata görə, avtomobilin sahibi bir dəfə də olsun cərimə meydançasına gələrək bu qədər bahalı avtomobilini görmək istəməyib: “Burada avtomobilin gündəlik dayanacaq haqqı 5 manatdır. Artıq iki aydır ki, avtomobil buradadır və təxminən 300 manat təkcə dayanacaq pulu verilməlidir. Dayanacaq haqqı bir kənara, heç avtomobilin sahibi bir dəfə də olsun gəlib maşınına baxmayıb”.

Xatırladaq ki, iki ay öncə 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avromobilin sahibi Zığ-Aeroport yolunda yarışa çıxmışdı. "Youtube" sosial şəbəkəsində yayılandan və medianın diqqətini cəlb edəndən sonra avtomobil cərimə meydançasına aparıldı, sahibi isə sürücülük hüququndan məhrum edildi.

Hadisə ilə bağlı millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Həmçinin deputat Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra araşdırmalar nəticəsində məlum olmuşdu ki, Zaur Bağırov adlı şəxs millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

Aysu Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm