Müdafiə naziri hələ də təmas xəttindədir – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri hələ də təmas xəttindədir – RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir”.

Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidməti rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. Nazir bu gün ön cəbhədə olan əsgərlərə baş çəkəcək.

Cəbhə xəttində hazırkı vəziyyəti də qiymətləndirən V.Dərgahlı deyib ki, təmas xəttində nisbi sakitlikdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm