Qırmızı.az
Sumqayıtda küçənin ortasında öküz “at oynatdı“ - VİDEO
Dünən günorta saatlarında Sumqayıtda qəribə - həm məzəli, həm də təhlükəli bir hadisə baş verib.
Belə ki, işıqforda gözləyərkən QazEl markalı kiçik yük maşınında kəsilməyə aparılan öküz qəfil qaçmağa başlayıb. Lakin avtomobilin sürücüsü cəld tərpənərək "Qazel"i sola çəkməklə öküzü yaxınlıqdakı ağ 10 PS 523 dövlət nömrə nişanlı ağ "Hyundai"a tərəf sıxa bilib, ardınca da tez-tələsik kəndirlə tutub. Lakin öküz bundan sonra daha da qızışıb və "Hyundai"ə zərbələr vurub, onu əzib.
Xeberler.com-un əməkdaşı bu anı çəkə bilməsə də, bundan sonrakı
anları kameranın lentinə köçürə bilib. Avtomobili tez kənara
çəkiblər. Bundan sonra öküzü kəsmək istəyənlərlə öküzün arasında
əsl mübarizə başlayıb. Öküz "Qazel"ə də bir neçə güclü zərbə
endirib. Çətin vəziyyətdə qalan insanlar öküzü yolun ortasında
kəsmək istəyiblər. Böyük məsuliyyətsizlik edən və insanlara təhlükə
yaranmasına səbəb olan şəxslər - öküzü aparanlar bununla
razılaşmayıblar və mübarizəni sonadək aparıblar. Yolda böyük tıxac
yaranıb, hadisə sakinlərin böyük marağına səbəb olub. Sonda isə
öküzü maşına bağlayıb sürüyə-sürüyə aparıblar.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI