Rəşid Mahmudov şou əhlini “topa tutdu” - “Onlar üçün Vətən ancaq puldur”
Bizi izləyin

Qırmızı.az

Rəşid Mahmudov şou əhlini “topa tutdu” - “Onlar üçün Vətən ancaq puldur”

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov reper Elşad Xosenin sosial internet şəbəkələrdə şəhid olmuş əsgərlərin ünvanına xoşagəlməz ifadələr paylaşmasına münasibət bildirib.

R.Mahmudov Publika.az-a açıqlamasında deyib ki, Elşad Xose bu cür hərəkəti ilə tərbiyəsizlik edib:

“O Xosedir-nədir, artıq öz hörmətini tamam itirib. O, pis yollara gedən adamdır. Ondan daha yaxşı nə gözləmək olardı? Mən çıxıb efirdə bu cür adamları tənqid edəndə mənə artist deyirdilər. İndi görün artist kimdir? Mən xalqıma doğru sözümü deyirəm. Məgər bu artistlikdir? Əgər Elşad Xosenin zərrə qədər vicdanı olsaydı, o zaman hərbi paltar geyinib hərbi xidmətə yollanardı. İndi mənim 76 yaşım var. Əgər müharibə başlayanda mən müharibəyə getməsəm, kişi deyiləm. Elşad Xose cavan adamdır, təkcə saqqal saxlamaqla iş bitmir? O, hərbi paltar geyinib ermənilərlə döyüşməyə getməlidir. Bu gün Azərbaycanda muğam ifaçılarını çıxmaq şərti ilə, şou-biznes əhlinin əksəriyyəti üçün Vətən anlayışı yoxdur. Onlar üçün Vətən ancaq puldur. Onlardan Vətəni sevən olmaz. Hamı Vətənini və xalqını sevməlidir. Bu xalqa hamı borcludur. Mən də bu xalqın quluyam. Xalqın quluyam deyəndə, şou-biznes adamları elə başa düşür ki, onlar hər kəsdən yüksəkdir və sairə. Elə deyil. Onlar da bu xalqın quludur. Bu Vətən hamımız üçün birdir, doğmadır”.

R.Mahmudov qeyd edib ki, hər bir azərbaycanlı torpağını göz bəbəyi kimi qorumalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm