Azərbaycan daha bir zabitini itirdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan daha bir zabitini itirdi

Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəyən ağır xəstəliyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədov bu gün vəfat edib.


Bu barədə Modern.az saytına mərhum zabitin yaxınları məlumat veriblər.


Bildirilib ki, Göygöldəki Rəsulzadə küçəsində kirayə mənzildə yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, orada dəfn ediblər.


Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi.


Onun anası Səriyyə Məmmədova oğluna kömək göstərilməsi üçün dünən ölkə mediasına müraciət etmişdi.
Müraciətdə bildirilirdi ki, “N” saylı hərbi hissənin mayoru R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək geri çağrılıb. “Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalıymış. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi”,– deyə S.Məmmədova bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm