Azercell yeni “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır (R)
Bizi izləyin

Qırmızı.az

Azercell yeni “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır (R)

Abunəçiləri Toyota Corolla avtomobilləri və pul uduşları gözləyir

Bu yay abunəçiləri üçün bir-birindən sərfəli kampaniyalar, endirimli tarif paketləri və unikal xidmətlər təklif edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom avqustun 4-dən etibarən daha bir kampaniyaya start verir. Belə ki, şirkət 04.08.2014 – 29.03.2015 tarixləri arasında abunəçiləri üçün “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır. Hər həftənin bazar ertəsi keçiriləcək tiraj zamanı 7 abunəçinin nömrəsi seçilərək, növbəti tiraj gününə dəvət olunaraq, avtomobil və pul qazanmaq imkanı əldə edəcək. 7 nəfər şanslı abunəçidən 1-i Toyota Corolla avtomobili, digər 6 nəfəri isə 1000 AZN qazanacaq.

Avtomobil komissiya heyətinin nəzarəti altında püşkatma yolu ilə seçiləcək. Sonuncu tirajda isə Azercell abunəçilərini daha böyük sürpriz gözləyir. Belə ki, həmin tirajda əvvəlki hədiyyələr ilə yanaşı, abunəçilər super priz kimi LEXUS GX 460 markalı avtomobili qazanmaq şansı əldə edəcəklər. Kampaniyaya qoşulmaq şərtləri isə çox asandır. Abunəçi məzmun almaq üçün sadəcə 8228 nömrəsinə boş SMS göndərməlidir. Bir SMS –in qiyməti – 1.18 AZN-dir.

Beləliklə Azercell-in "Uğurlu SMS" stimullaşdırıcı lotereyasına qoşulmaqla siz arzularınızı gerçəkləşdirə bilərsiniz. Unutmayın çox SMS çox şans deməkdir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm