Motosikleti qəza törətdi, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Motosikleti qəza törətdi, 3 yaralı

Balakəndə baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, Balakən rayon sakini Seymur Quliyev idarə etdiyi motosikletlə yolu keçmək istəyən piyada Rasim Qəmbərovu vurub.

Bundan sonra idarəetməni itirən Seymur Quliyev motosikleti aşırıb. Qəzada piyada ilə yanaşı, motosikletin sürücüsü Seymur Quliyev və sərnişin Elnar Kasayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hər 3 yaralının üzərində əməliyyat aparılsa da, onların vəziyyəti hələ həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm