Biznesmenin evindən 80 min manatlıq oğurluq
Bizi izləyin

Qırmızı.az

Biznesmenin evindən 80 min manatlıq oğurluq

Bakıda mənzildən oğurluq edilib. Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən Publika.az-a verdiyi məlumata görə, oğurluq hadisəsi Bakıxanov qəsəbəsində Əli Məmmədəliyevin şəxsi mənzilində qeydə alınıb. Oğurluq edən şəxslər evdən 24 min manat nəğd pul, seyfdən isə 50-60 min manatlıq qızıl-zinyət əşyaları götürüblər.

Faktla bağlı cinayət işi açılıb, cinayəti törədən şəxslərin tapılması ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, zərərçəkən Əli Məmmədəliyevin biznesmen olduğu bildirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm