Qırmızı.az
Qatara minənlərə xoş xəbər
2010-2014-cü il Dövlət Proqramında öz əksini tapan
məsələlərdən biri də dəmir yolu nəqliyyat sistemində infrastruktrun
yenidən qurulmasıdır.
ANS TV-nin məlumatına görə, proqrama əsasən Bakı-Böyük Kəsik
istiqamətində əsaslı təmir işləri həyata keçirilib. Artıq Hacıqabul
rayonu ərazisindəki Padar-Sığırlı mənzilində 2,3 km-lik yolun
əsaslı təmiri başa çatıb.
5 gün müddətində davam edən bu təmir işi çərçivəsində Padar-Sığırlı
dəmir yolundakı yarımstansiyalar dəyişdirilib, rabitə siqnalizasiya
sistemi yenilənib.
Bununla yanaşı, istismara yararsız relslər yenilərilə əvəz olunub.
Rusiyadan gətirilən xüsusi texnikanın köməyilə relslərin böyük bir
qismi quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir
Əzməmmədov görülən işlərin dəmir yolu nəqliyyat sisteminin
inkişafına hesablandığını deyir.
Artıq Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir işi
başa çatıb, yol 800 metrlik uzunölçülü relslərlə əvəzlənib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...