Tarif Şurası: "Benzinin qiymətinin qalxması müzakirə edilmir"
Bizi izləyin

Qırmızı.az

Tarif Şurası: "Benzinin qiymətinin qalxması müzakirə edilmir"

Azərbaycanda benzinin qiyməti 94 qəpikdən 97 qəpiyə qalxıb. “Premium Euro-95” markalı benzinin qiyməti 4 qəpik artım müşahidə edilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Publika.az-a açıqlamasında artımın yalnız xaricdən idxal edilən benzinə aid olduğunu bildirib.

“Ötən il dekabrın 2-də benzinin qiymətində tarif tənzimlənməsi aparılıb. Həmin vaxtdan sonra dövlət tərəfindən tənzimlənən benzin markalarının qiymətində hər hansı artım müşahidə edilmir. “Premium Euro-95” markalı benzini xaricdən gətirilir və onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Onun qiyməti tələb və təklifə uyğun olaraq tənzimlənir. İstehsalçı ölkələrdə həmin benzinin qiyməti yüksələndə idxal edilən ölkələrdəki qiymətlərdə də bu, özünü göstərir. Tarif Şurası yalnız Azərbaycanda istehsal edilən benzinin qiymətini tənzimləyir. Yerli istehsal olan benzinin qiymətində hər hansı dəyişiklik olmayıb və bu məsələ Tarif Şurasında müzakirə edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm