İşçilərə gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin olunub
Bizi izləyin

Qırmızı.az

İşçilərə gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 20 409 manat məbləğində sosial xarakterli ödənişlərin ödətdirilməsi təmin edilib. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bu məbləğin 17 954 manatı əmək haqlarından, 1499 manatı zərərə görə ödənclərdən, 956 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin son bir ayda DƏMX tərəfindən ayrı-ayrı müəssisələrdə həyata keçirilən dövlət nəzarəti zamanı qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 82 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.


Qeyd olunan müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 34 kollektiv müqavilə bağlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm